2020-ci il ilk aylardan bəşəriyyətə 21-ci əsrin ən dəhşətli şokunu yaşatdı. COVİD-19 adlandırılan yeni növ pandemiya bütün dünyanın bəlasına çevrildi. Artıq heç kim əvvəlki qədər rahat hərəkət edə, sevdikləri ilə görüşə, həmçinin gündəlik işinə davam edə bilmir.
Sosial məsafə, karantin artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Məlumdur ki, hər kəsin sevərək gözlədiyi, qeyd etdiyi yeni il bayramı artıq yaxınlaşır. Təəssüflər olsun ki, sevdiklərimizlə birgə bu il bayram sevincini paylaşa bilməyəcəyik.
Lakin necə deyərlər, qəlblər bir olarsa, məsafələrin heç bir mənası yoxdur.
Yeni ili birgə qeyd edə bilməsək də, sevdiklərimizi kiçik hədiyyələr ilə sevindirə və mənəvi cəhətdən yanlarında ola bilərik.
Bizim.Media olaraq karantin dövründə yeni il üçün edə biləcəyiniz hədiyyə variantlarını sizə təqdim edirik:
1) Maraqlı boğçalar hədiyyə edə bilərsiniz. İçərisinə birgə şəkilləriniz, sevdiyi əşyalar və ya digər şeylər qoyula bilər.
2) Evdə olarkən hər dəfə baxıb xatırlanmağınızı istəyirsinizsə, dibçəkdə təbii gül hədiyyə edə bilərsiniz.
3) Sevimli yeməkləri birgə hazırlaya bilmirsinizsə, sifarişlə evinə çatdırıb, könlünü xoş edə bilərsiniz.
4) Nostalji hisslər yaşadacaq, xatirə kimi qalacaq özəl hədiyyə də bağışlaya bilərsiniz. Bunlar hədiyyə verəcəyiniz şəxsin bürcünə uyğunlaşdırılmış xəritə, və ya birgə şəklinizdən hazırlanmış “puzzle”lar ola bilər.
5) Karantin günlərində sıxılmamaq üçün əlavə yeni vərdişə malik olmaq üçün maraq dairəsində olan peşəyə aid ləvazimatlar hədiyyə edə bilərsiniz. Bunlar rəsm çəkmək üçün fırça dəstləri, albomlar və ya tikiş üçün iynə, sap dəsti ola bilər.
Hədiyyənin kiçiyi, böyüyü olmaz, deyirlər. Pandemiya şəraitində də sevdiklərinizi özəl hiss etdirə, bayram hədiyyələri ilə sevindirə bilərsiniz.
Yeni iliniz mübarək olsun!
Səkinə Yusibli, Bizim.Media