Kanada Rusiyadan neft idxalını DAYANDIRIR - Ukraynanı silahla təmin edəcək 

Hazırda oxunan: Kanada Rusiyadan neft idxalını DAYANDIRIR - Ukraynanı silahla təmin edəcək 

62514

Kanada Ukraynanı tank əleyhinə silahlar və təkmilləşdirilmiş döyüş sursatları ilə təmin edəcək, həmçinin Rusiya xam neftinin idxalını qadağan edəcək.  

Bizim.Media xəbər verir ki, “Reuters”in məlumatına görə, bu barədə Kanadanın baş naziri Castin Trüdo məlumat verib.

Onun sözlərinə görə, Kanada Ukraynanın rus qoşunlarından müdafiəsini dəstəkləməyə davam edəcək.  

“Biz Rusiyadan xam neft idxalını tamamilə qadağan etmək niyyətimizi bəyan edirik – bu sənaye, prezident Putin və onun oliqarxlarına böyük fayda gətirdi”, - deyə Trüdo bildirib.  
O, eyni zamanda hökumətin müstəqil yayım, televiziya və telekommunikasiya tənzimləyicisindən Rusiyanın dövlət yayımçısı “RT”nin ölkədə yayımını dayandırmağı xahiş etdiyini söyləyib.   
Öz növbəsində müdafiə naziri Anita Anandın sözlərinə görə, Kanada yaxın vaxtlarda Ukraynaya 100 "Karl Qustaf" tank əleyhinə sistem və 2000 raket göndərəcək.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin