Amerikanın “MasterCard” maliyyə korporasiyası Ukraynadakı vəziyyətlə əlaqədar tətbiq edilən anti-Rusiya sanksiyaları səbəbilə bir neçə maliyyə qurumunun ödəniş sisteminə çıxışı bloklayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “MasterCard”ın rəhbəri Maykl Mibax məlumat verib.
“Sanksiyaların tətbiqi nəticəsində biz bir çox maliyyə qurumu üçün “MasterCard” ödəniş sisteminə çıxışı bağlamışıq. “MasterCard” öhdəliklərini tam yerinə yetirmək üçün” yaxın gələcəkdə tənzimləyicilərlə əməkdaşlığı davam etdirəcək” - deyə korporasiya rəhbəri bildirib.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski “Visa” və “MasterCard” şirkətlərinə müraciət edərək kartlarından Rusiyada istifadəyə qadağa qoymağa çağırmışdı.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:37 / 01.03.2022
“MasterCard”dan Rusiya ilə bağlı QƏRAR - Ödəniş şəbəkəsinə çıxışı blokladı
Hazırda oxunan: “MasterCard”dan Rusiya ilə bağlı QƏRAR - Ödəniş şəbəkəsinə çıxışı blokladı
Hazırda oxunan: “MasterCard”dan Rusiya ilə bağlı QƏRAR - Ödəniş şəbəkəsinə çıxışı blokladı
62497
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.