Rus qoşunları Xersonu hər tərəfdən mühasirəyə alaraq şəhərin çıxışlarında, xüsusilə Şumen mikrorayonunda maneələr qurublar.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə “Ukrayna 24” telekanalının jurnalisti danışıb.
Antonovski körpüsü ətrafında, Kazaksk və Veselo yaxınlığında yaşayanlar mərmilərə görə bir gün əvvəl təxliyə edilib.
“Onlar bütün şəhərətrafı ərazilərdədir. Xerson sakinləri bacardıqca yolları bağlayır və işğalçılara zərər vurmağa çalışırlar. Dünən mağazalara ərzaq çatdırmaq çətin idi, çünki anbarlar şəhərdən kənarda yerləşir. Amma bizdə lazım olan hər şey var”, – jurnalist deyir.
O, əlavə edib ki, ötən gecə düşmən Çernobayevka kəndində yaşayış binalarını atəşə tutub və mərmilərlə ziyan vurub:
“Rayon mərkəzində elektrik, su və istilik var, şəhərin kommunal xidmətləri işləyir”.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:00 / 01.03.2022
Rus qoşunları Xersonu mühasirəyə aldılar
Hazırda oxunan: Rus qoşunları Xersonu mühasirəyə aldılar
Hazırda oxunan: Rus qoşunları Xersonu mühasirəyə aldılar
62484
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.