Rusiya və Ukrayna arasında danışıqların ikinci raundun keçirilməsi barədə razılıq əldə edilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Rusiya nümayəndə heyətinin üzvü Vladimir Medinski bildirb ki, bu gün baş tutan danışıqlarda isə bir çox məsələlər ətraflı şəkildə müzakirə edilib:
Onun sözlərinə görə, ortaq mövqelər proqnozlaşdırılıb və mümkün olan məqamlar tapılıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiya-Ukrayna danışıqları başa çatdı: "Müəyyən qərarlar verilib" - VİDEO/YENİLƏNİB
Qeyd edək ki, Belarusun Qomel vilayətində keçirilən danışıqlar təxminən 5 saat davam edib.
Bizim.Media