Rusiya və Ukrayna arasında danışıqların növbəti raundu Polşa-Belarus sərhədində keçiriləcək.
***
"Rusiya və Ukrayna yaxın vaxtlarda danışıqların ikinci raundunun keçirilməsi imkanını müzakirə ediblər. Həmçinin, nümayəndə heyətləri bu gün bir sıra prioritet mövzuları müəyyənləşdiriblər və onlar üzrə müəyyən qərarlar qəbul ediblər", - Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak bildirib.
***
Rusiya-Ukrayna danışıqları başa çatıb. 5 saata yaxın davam edən görüşün nəticəsi ilə bağlı əlavə məlumat veriləcəyi deyilib.
*** 18.49
Belarusda Rusiya və Ukrayna nümayəndələri arasında danışıqlar fasilədən sonra davam edir.
*** 18.07
Belarusun Qomel şəhərində Rusiya ilə Ukrayna arasında danışıqlarda fasilə elan edilib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, danışıqlarda hansısa nəticənin əldə edilib-edilmədiyi məlum deyil.
Qeyd edək ki, fasilədən sonra danışıqlar davam etdiriləcək.
Bizim.Media