Belarusun xarici işlər naziri Rusiya və Ukrayna nümayəndə heyətinə uğurlar dilədi - VİDEO

Hazırda oxunan: Belarusun xarici işlər naziri Rusiya və Ukrayna nümayəndə heyətinə uğurlar dilədi - VİDEO

62387

Belarus prezidenti Aleksandr Lukaşenko ümid edir ki, Pripyatda Rusiya-Ukrayna danışıqları zamanı böhran məsələlərinin həlli yollarını tapmaq mümkün olacaq. 

Bizim.Media BelTA agentliyinə istinadən xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Vladimir Makey Rusiya və Ukrayna arasında danışıqlar başlamazdan əvvəl deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya-Ukrayna danışıqları başladı - Nümayəndə heyətlərində kimlər var? - VİDEO


"Prezident Lukaşenko səmimi qəlbdən ümid edir ki, bugünkü danışıqlar zamanı bütün böhranlı məsələlərin həlli yollarını tapmaq mümkün olacaq. Və bütün belaruslar bunun üçün dua edir. Bugünkü görüşün təşkili ilə bağlı istənilən xahiş və təklifləriniz qəbul ediləcək və həyata keçiriləcək. Biz Nəticəni gözləyirik”, - deyə nazir bildirib.

Xatırladaq ki, Rusiya və Ukrayna nümayəndə heyətləri bu gün ilk danışıqlarını aparır. Tərəflərin görüşü Belarusun Qomel vilayətində, Pripyat sahilində keçirilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin