Dadodan Natavana AĞIR SÖZLƏR: “Sənə gəlinlik geyindirdim, qadın etdim...” - VİDEO

Hazırda oxunan: Dadodan Natavana AĞIR SÖZLƏR: “Sənə gəlinlik geyindirdim, qadın etdim...” - VİDEO

62371

Reper Dado müğənni Natavan Həbibinin ona və ailəsinə uşağını göstərmədiyindən şikayətlənib.

Bizim.Media xəbər verir ki, sənətçi keçmiş həyat yoldaşı ilə aralarında yaşananları "Şourum"a açıqlayıb:

“Gedirəm uşağı görməyə, çəkiliş edir. Tamaşaçı deyir, barışdılar. Ətrafımızda elə oyunlar baş verdi ki. Heç kim barışmayıb. Məhkəməyə vermişəm, qəti qərarımdır.

Üç ay müddət veriblər ki, get fikirləş. Qəti fikrimdir, boşanmışıq, bitdi. Heç istəməzdim belə olsun, amma bu yola əl atmağa məcbur etdilər.

3-4 ay idi uşağımı görmürdüm. Ürəyim partlayır, dözə bilmirəm. Gedirəm görməyə, elə şeylərlə rastlaşıram ki, getməyəcəyəm. Var gücü ilə istəyirlər ki, uşaq atasız qalsın. Onu çox istəyirəm, əlimdən gələni etdim ki, uşağın yanında qalım. Məndən başqa uşağın atalı, analı böyüməsini istəyən yoxdur. Nə Natavan, nə onun evindəkilər uşağın atasıyla böyüməsini istədi. 

İlk uşağım, valideynlərimin ilk nəvəsidir. Mənimlə sənin aranda olan münasibətdir, yazıq baba-nənənin nə günahı? Onun anası qəsdən edir ki, uşaq biz tərəfi tanımasın. Gətirmir, gəlsinlər görsün. Sizin evinizdəkilər isə elə vəziyyət qurmur ki, evinizə qonaq gəlsin. Deyirdim, gətir, qohumum, xalam qızı, əmim, dayım var, görmək istəyir. Uşaq oldu, onu götürdün, aradan çıxdın. Hamısı ancaq telefonda görür, belə biabırçılıq olar?”. 

Dado bu olanlardan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qaldığını açıqlayıb: 

"İstəmirdim məhkəməyə verim ki, uşağı güclə gətirsinlər valideynlərim görsün. Uşaq doğulandan sonra dəyişdi. Sənə gəlinlik geyindirdim, qadın etdim. Özünə sığışdırmırsan ki, atam, anam gəlsin nəvəsini görsün? Aliment məsələsinə gəldikdə, nə qərar verilsə odur.

Alimenti nə haqla istəyirlər? Nə mən, nə valideynlərim gedib görə bilir uşağı. Ona görə aliment verəcəyəm?". 

Xatırladaq ki, Natavan və Dado 2017-ci ildə ailə qursalar da qısa müddət sonra boşanıblar. Onların Zeyd adlı bir oğlan övladı var. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin