Türkiyədə yeni istifadəyə verilən və 625 milyon dollara başa gələn yeni prezident sarayı daşınmaz əmlak satışı elanlarını yayan internet saytlarının birində satışa çıxarılıb.
Virtualaz.org saytı xəbər verir ki, elan “Tayyib Ərdoğan”x9d adlı istifadəçi tərəfindən verilib.
Elanda deyilir:
“Bəli, dəyərli vətəndaşlarım. Milli iradəni həzm edə bilməyən bəzi mihraklar bu sarayı gündəmə gətirərək istismar etdiyi üçün onsuz da millətimin olan bu sarayı millətimə satıram. Sistem qəbul edə bilmədiyi üçün qiymətini tam yaza bilmədim. Sarayımızın qiyməti 1 milyard ABŞ dollarıdır. Bazarlıq yeri də var.
Saray yerin altında 4, yerin üstündə 4 olmaq üzrə 8 mərtəbədən ibarətdir. Hələlik 1000 otağı var. Ancaq hazırda inşası davam edən hissələrlə birlikdə otaq sayı 5000-ə çatacaq. Məhkəmə inşaatı dayandırdığı üçün hazırda icazəsizdir. Ancaq Hakimlər və Prokurorlar Yüksək Şurasının təyin edəcəyi yeni hakimlərlə bu problem də həll olunacaq.
Rəcəb Tayyib Ərdoğan”x9d.
Elan anketində göstərilir ki, saray hazırda boş deyil, ev sahibi yaşayır. Sarayın subaylara və tələbələrə kirayə verilməsi də mümkün deyil. Qiymət xanasında isə ancaq 7 rəqəmli ədəd yazmaq mümkün olduğundan “Ərdoğan”x9d ora 2 milyon türk lirəsi yaza bilib. Göstərilir ki, sarayda 99 hamam var.
Elan saytda yerləşdirildikdən qısa müddət sonra çıxarılıb. Buna baxmayaraq sosial şəbəkələrdə “Ərdoğanın min otaqlı sarayını satışa çıxarması”x9d geniş müzakirə olunub. Elanın kim tərəfindən yerləşdirildiyi məlum deyil.































































































