Rusiya Ukraynaya 400 muzdlu əsgər göndərib - Zelenskini öldürmək üçün 

Hazırda oxunan: Rusiya Ukraynaya 400 muzdlu əsgər göndərib - Zelenskini öldürmək üçün 

62295

400-dən çox rusiyalı muzdlu Kiyevdə prezident Volodimir Zelenski və hökumət nümayəndələrinə sui-qəsd etmək və Moskvanın nəzarəti ələ alması üçün zəmin hazırlamaq üçün Kremlin əmri ilə fəaliyyət göstərir.  

Bizim.Media xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.  

“Rusiya Prezidenti Vladimir Putinə yaxın şəxs tərəfindən idarə olunan “Vaqner” özəl hərbi şirkəti beş həftə öncə Zelenski hakimiyyətini başsız qoymaq missiyası ilə Afrikadan muzdlular göndərib. Ukrayna hökumətinə sözügedən missiya fevralın 26-da çatıb və bir neçə saat sonra paytaxt Kiyevin Rusiya diversantlarından təmizlənməsi üçün 36 saatlıq komendant saatı elan edilib” – deyə məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin