BMT Baş Assambleyası bazar ertəsi Rusiyanın Ukraynadakı hərbi əməliyyatı ilə bağlı qətnamə qəbul edəcək.
Bizim.Media xəbər verir ki, BMT Baş Assambleyasının fövqəladə sessiyasının bazar günü çağırılması barədə qərar BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilib. Təhlükəsizlik Şurasının 11 üzvü sessiyanın çağırılmasının lehinə, Rusiya əleyhinə, Çin, Hindistan və Birləşmiş Ərəb Əmirlikləri bitərəf qalıb.
MÖVZU İLƏ BAĞLI:
Rusiyadan BMT-də Ukrayna ilə bağlı qətnaməyə VETO
BMT Baş Assambleyasının son 70 ildə belə fövqəladə sessiyası 11-ci dəfədir ki, çağırılır.
Əsasnaməyə görə, Rusiya Baş Assambleyanın çağırılması qərarını əngəlləyə bilməzdi. Təhlükəsizlik Şurasının daimi üzvləri Baş Assambleyanın qətnamələrinə veto qoya bilməzlər, lakin Baş Assambleyanın qətnamələri deklarativ xarakter daşıyır. Britaniya və Amerika diplomatlarının dünya agentliklərinə dedikləri kimi, bu, kifayət qədər vacib məsələdir.
Bizim.Media