Avropa İttifaqı Rusiya üçün hava məkanını tamamilə bağlayır.
Bizim.Media xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen özünün “Twitter” səhifəsində yazıb.
"Biz Aİ hava məkanını Rusiyaya məxsus, Rusiya qeydiyyatında olan və ya Rusiyanın nəzarətində olan təyyarələr üçün bağlayırıq. Onlar Aİ ərazisinə enə, qalxa və ya uça bilməyəcəklər", - məlumatda bildirilir.
Qadağanın şəxsi təyyarələrə də şamil edildiyi vurğulanır.
Bizim.Media
First, we are shutting down the EU airspace for Russian-owned, Russian registered or Russian-controlled aircraft.
— Ursula von der Leyen (@vonderleyen) February 27, 2022
They won’t be able to land in, take off or overfly the territory of the EU.
Including the private jets of oligarchs. pic.twitter.com/o551M9zekQ