Xəbər verdiyimiz kimi, Rusiya hərbçilərinin Kiyev yaxınlığındakı Qostomel hava limanına hava hücumu nəticəsində Ukrayna istehsalı olan dünyada ən böyük və güclü AN-225 “Mriya” təyyarəsi yandırılıb.
Bu barədə “Radio Svoboda”ya Antonov müəssisəsindəki iki məlumatlı mənbə bildirib və informasiyanı Buça şəhərinin meri təsdiqləyib.
Bizim.Media xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski “Mriya”nın rus ordusu tərəfindən yandırılması xəbərini təsdiq edib.
Xatırladaq ki, AN-225 "Mriya" Kiyevdəki Antonov Konstruktor Bürosu tərəfindən yaradılan dünyanın ən böyük və ən güclü nəqliyyat təyyarəsidir. Koronavirus pandemiyası zamanı aktiv istifadə olunub.
Xüsusilə, 2020-ci ilin aprel ayında təyyarə koronavirusla mübarizə üçün Çindən Kiyevə 103 ton tibbi dərman çatdırıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:37 / 27.02.2022
Zelenski Ukraynada dünyanın ən böyük təyyarəsinin yandırıldığını təsdiq etdi
Hazırda oxunan: Zelenski Ukraynada dünyanın ən böyük təyyarəsinin yandırıldığını təsdiq etdi
Hazırda oxunan: Zelenski Ukraynada dünyanın ən böyük təyyarəsinin yandırıldığını təsdiq etdi
62227
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.