Rusiya ordusu Belarus ərazisi olan Mozır rayonundan yerli vaxtla saat 17.00 radələrində “İsgəndər” raketləri ilə Ukraynaya zərbə endirib.
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko öz “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, görüntülər Rovensk vilayətində çəkilib.
Bir neçə dəqiqə öncə isə o, raketin Jitomir aeroportuna düşdüyünü yazıb.
“Bunun nə demək olduğunu bilirsinizmi? Lutsk, Rovensk və Jitomir vilayətlərində yaxın günlərdə təkcə ruslar üçün deyil, həm də belarus işğalçıları üçün nəsə qızartmaq lazım gələcək!”, deyə o yekunlaşdırıb.
Bizim.Media