Belarus qoşunlarının bir hissəsi sərhədi qorumaq üçün Ukrayna ilə sərhədə çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Belarus Müdafiə nazirinin Silahlı Qüvvələrdə ideoloji iş üzrə köməkçisi, Müdafiə Nazirliyinin İdeoloji İşlər üzrə Baş İdarəsinin rəisi, general-mayor Leonid Kasinski Sputnik-ə bildirib
Onun sözlərinə görə, Rusiyanın Donbasda keçirdiyi əməliyyatda Belarus Silahlı Qüvvələrinin iştirakı ilə bağlı internetdə yayılan məlumatlar həqiqətə uyğun deyil.
Müdafiə nazirinin köməkçisi onu da qeyd edib ki, hazırda Belarus Silahlı Qüvvələrinin bəzi hissələri Belarus-Ukrayna sərhədinə göndərilib.
O, qeyd edib ki, “Ukraynadan təxribat-kəşfiyyat qruplarının daxil olmasının qarşısını almaq üçün canlı qüvvə və vasitələrin bir hissəsi çıxarılıb”.
Bizim.Media

- A-
- A
- A+
Dünya
19:50 / 27.02.2022
Belarus ordusunun bir hissəsi Ukrayna ilə sərhədə göndərildi
Hazırda oxunan: Belarus ordusunun bir hissəsi Ukrayna ilə sərhədə göndərildi
Hazırda oxunan: Belarus ordusunun bir hissəsi Ukrayna ilə sərhədə göndərildi
62224
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.