Ukrayna Rusiya ilə danışıqlarda ilk şərtini açıqladı

Hazırda oxunan: Ukrayna Rusiya ilə danışıqlarda ilk şərtini açıqladı

62220

Xəbər verdiyimiz kimi, rəsmi Kiyev Belarusun Qomel vilayətində Moskvadakı həmkarları ilə danışıqlara razılıq verib. Ora gedən Rusiya nümayəndə heyətinə prezidentin köməkçisi Vladimir Medinski başçılıq edir. 

Xatırladaq ki, az öncə Putinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Belarus prezidenti Aleksandr Lukaşenko ilə Volodimir Zelenski arasında telefon danışığı olub. 

Bizim.Media xəbər verir ki, Belarusla sərhədə yola düşən Ukrayna nümayəndə heyətinin ilk şərtləri mətbuata sızıb.

Onları tələbi atəşkəsin elan olunması və rus qoşunlarının Ukraynadan çıxarılmasıdır.

Qarşı tərəfin isə buna münasibəti açıqlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin