Lukaşenko Ukraynada baş verənlər HAQDA: “Bu müharibə deyil”

Hazırda oxunan: Lukaşenko Ukraynada baş verənlər HAQDA: “Bu müharibə deyil”

62175

Belarus prezidenti Aleksandr Lukaşenko ukraynalı həmkarı Volodimir Zelenskinin belaruslara müraciətinə münasibət bildirib.

Bizim.Media “Pul Pervoqo” Telegram kanalına istinadən xəbər verir ki, onun sözlərinə görə, Belarus xalqına müraciət edən şəxsvar. 

“Ukrayna xalqına müraciət etsin və bu gün Ukraynada baş verənlərə görə məsuliyyət daşısın”, deyə o, qeyd edib.

“Biz müharibəni dayandırmalıyıq. Mən bunu müharibə adlandırmazdım. Bu münaqişədir. Bir-iki gündən sonra müharibə olacaq, üç gün sonra hamı ət maşınından keçəcək”, deyə Belarus prezidenti bildirib.

“Zelenski yalan danışmasın, heç kim Kiyevi bombalamayıb. O, məzəmmət edir ki, ərazimizdən müharibə aparırlar. Bir dənə də olsun əsgərimiz, bir dənə də döyüş maşını, bir dənə də Belarus gülləsi yoxdur! Bu yalandır. Belarus ərazisindən müharibə aparmırlar. Biz ruslara kömək edirik? Əlbəttə ki, kömək edirik! Bizə ağır xəsarətlərlə gəlirlərsə, müalicə edirik. Burda nə pis şey var ki?”, deyə o, yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin