“Paytaxtda düşmənin təxribat-kəşfiyyat qrupu üç usagı olan ailəni güllələyib. Nəticədə valideynlər və bir uşaq ölüb”.
Bizim.Media xəbər verir ki, bu barədə Kiyev Şəhər Şurasının katibi Volodimir Bondarenko Facebook səhifəsində məlumat verib.
“Onun adı Polina idi. Kiyevdə 24 saylı məktəbin 4-cü sinfində oxuyub. Bu gün səhər (26 fevral ) ruslar onu və valideynlərini Teliqada güllələyib. Valideynlər və Polina həlak olub. Daha bir qız 17 saylı xəstəxananın reanimasiya şöbəsində, oğlan isə Oxmatdetdədir”, - V. Bondarenko yazıb.
Bizim.Media