Moldova Prezidenti vəzifəsinin icrasına başladı

Hazırda oxunan: Moldova Prezidenti vəzifəsinin icrasına başladı

6208

Bu gün Moldovanın yeni seçilmiş Prezidenti Maya Sandunun andiçmə mərasimi olub. Beləliklə də o, prezidentlik vəzifəsinin icrasına başlayıb.

Bizim.Media “RİA Novosti”yə istinadla xəbər verir ki, mərasim Respublika Sarayında baş tutub.

Prezident seçkilərində onu dəstəkləyən hər kəsə təşəkkür edən Sandu, xalqdan gələcək dəstəyi gözlədiyini söyləyib.

"Prezident seçkilərində iştirak edən hər bir insan bunu həyatının daha da yaxşılaşacağına inamla etdi, Moldovanı həqiqətən dəyişdirmək üçün eyni ruhda davam etməliyik. Ölkəmlə bağlı böyük planlarım var, amma onları özüm tək həyata keçirə bilmərəm. Bunun üçün bir-birimizin dəstəyinə ehtiyacımız var ", - deyə Sandu bildirib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin