"İndiyədək Rusiya silahlı qüvvələri Ukraynanın 198 vətəndaşını öldürüb".
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın səhiyyə naziri Viktor Lyaşko açıqlama verib.
“Dünyasını dəyişənlərdən 3-ü uşaqlardır. Yetkinlik yaşına çatmayanlar da daxil olmaqla, daha 1 115 nəfərin yaralanıb” – deyə Lyaşko qeyd edib.
Nazir qarşı tərəfin təcili yardım maşınlarına da atəş açaraq beynəlxalq humanitar hüququn normalarını kobudcasına pozduğunu əlavə edib.
Bununla yanaşı, Lyaşko vurğulayıb ki, Ukraynanın tibb sistemi işləməkdə davam edir və Nazirlik bütün xəstəxanaların gərəkli ləvazimatlarla təmin olunması istiqamətində çalışır.
Lyaşko ötən gecə Xersondakı sığınacaqda quraşdırılmış doğum evində partlayış səsləri altında 2 körpə oğlanın doğulduğunu söyləyib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:11 / 26.02.2022
Ukraynada 198 nəfər öldürülüb, sığınacaqda 2 körpə doğulub
Hazırda oxunan: Ukraynada 198 nəfər öldürülüb, sığınacaqda 2 körpə doğulub
Hazırda oxunan: Ukraynada 198 nəfər öldürülüb, sığınacaqda 2 körpə doğulub
62068
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.