“Kiyevdə yaşayış binasına dəyən ziyanın xarakteri onun zenit raketi ilə vurulduğunu göstərir”.
Bizim.Media xəbər verir ki, bu barədə TASS Rusiya Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
SON DƏQİQƏ: Rus qoşunları Kiyevdə mülki binaya zərbə endirdi – FOTO/VİDEO
“Rus ordusunun Kiyevdəki yaşayış binasını hədəf alması iddiaları tamamilə dezinformasiyadır. Rus ordusu Ukraynanın hərbi infrastrukturunu gecə raketlə vurduğu zaman Ukrayna onu dəf etmək istəyərkən Ukraynanın orta mənzilli “Buk-M1” hava hücumundan müdafiə sisteminin raket yönləndirmə sistemində nasazlıq yaranıb və raket yaşayış binasına dəyib” – deyə məlumatda qeyd edilib.
Bizim.Media