25 ölkə Ukraynaya silah tədarükünü müzakirə etdi - Londonun təşəbbüsü ilə  

Hazırda oxunan: 25 ölkə Ukraynaya silah tədarükünü müzakirə etdi - Londonun təşəbbüsü ilə  

62056

Böyük Britaniya 25 ölkənin iştirakı ilə Ukrayna üçün konfrans keçirib, onlardan bəziləri öldürücü silahların Kiyevə ötürülməsinə razılıq verib.   

Bizim.Media xəbər verir ki, bu barədə “Sky News” kanalının efirində  Krallığın müdafiə nazirinin müavini Ceyms Hippi məlumat verib.  

"Biz ukraynalıların silahlar almasını təmin etmək üçün hər cür səy göstəririk. Dünən axşam Böyük Britaniyada müdafiə naziri Ben Uollesin sədrliyi ilə 25 ölkənin iştirak etdiyi donor konfransı keçirilib. Görüşün nəticəsi olaraq onların bir çoxu Ukraynaya ya humanitar yardım göstərəcəyini, ya da onu silahlarla təmin edəcəyini vəd edib. Böyük Britaniya isə müttəfiqlərlə birlikdə onların çatdırılmasını təmin edəcək” – deyə Hippi qeyd edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin