Polşa futbol millisi Rusiya ilə oyuna çıxmaqdan imtina etdi

Hazırda oxunan: Polşa futbol millisi Rusiya ilə oyuna çıxmaqdan imtina etdi

62055

Polşa yığması DÇ-2022-nin pley-offunda Rusiya ilə oynamaqdan imtina edib. 

Bizim.Media “France24” nəşrinə istinadən xəbər verir ki, bunu Polşa Futbol İttifaqının prezidenti Çezare Kuleşa deyib. 

Öncə qarşılaşmanın Rusiyadan kənarda keçirilməsini tələb edən polşalılar indi də ümumiyyətlə qarşılaşmaların baş tutmamasını istəyir:

“Bəsdir söz dedik, əmələ keçmək zamanıdır. Polşa yığması pley-offda Rusiya ilə oynamaq niyyətində deyil. Bu, yeganə düzgün qərardır. Biz İsveç və Çexiya federasiyaları ilə danışıqlar aparırıq ki, FİFA-ya ümumi mövqeyimizi təqdim edək”. 

Qeyd edək ki, Rusiya – Polşa və İsveç – Çexiya oyunlarının qalibləri arasında matçda Qətər-2022-yə vəsiqənin sahibi bəlli olmalıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin