Türkiyənin Karaman vilayətində baş verən mədən qəzası nəticəsində yer altında qalan işçilərin axtarışları 22-ci gündür ki, davam edir.
Məlumata görə, Ermenek mədənində bu gün xilasdecilər daha 6 mədənçinin meyidini aşkar ediblər. Oktyabrın 28-də kömür mədəninə su dolması nətidəsində baş verən qəza nəticəsində 40-a yaxın işçi mədəndə qalmışdı. Onlardan 20 nəfəri öz gücünə xilas ola bilsə də, 18 işçi itkin düşmüş hesab edilirdi.
Uzun müddət davam edən axtarışlar nəticəisncə 8 işçinin meyidini aşkar etmək mümkün olub. Qalan 10 mədənçi barədə hələlik məlumat əldə etmək mümkün olmayıb. İşçilərin yerin 300 metr dərinliyində qaldığı ehtimal edilir.(anspress)

































































































