Tayvanın paytaxtı Taypey Çinin adada təzyiqi artırmaq üçün Ukrayna böhranından istifadə edə biləcəyindən narahatdır.
Bizim.Media xəbər verir ki, bu barədə “Independent” nəşri yazıb.
Tayvan hava qüvvələri Rusiyanın Ukraynanı işğal etməsindən bir neçə saat sonra öz Hava Hücumundan Müdafiə Zonasına (ADIZ) daxil olan doqquz Çin hərbi təyyarəsinə xəbərdarlıq edib.
Bildirilib ki, Taypey böhranın Pekini adaya təzyiqi artırmağa və ya hətta hücum etməyə cəsarətləndirə biləcəyindən qorxur.
Qeyd edilib ki, Tayvanı öz ərazisi hesab edən Çin son illərdə adaya qarşı hərbi hədə-qorxu kampaniyasını gücləndirib və müntəzəm olaraq ADIZ-ə reaktiv təyyarələr göndərir.
Müdafiə Nazirliyi bildirib ki, son missiyada səkkiz Çin J-16 qırıcısı və bir Y-8 kəşfiyyat təyyarəsi iştirak edib və cavab olaraq Tayvan qırıcıları Çin təyyarələrinə xəbərdarlıq etmək üçün havaya qaldırılıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:20 / 25.02.2022
Çin Rusiya-Ukrayna böhranından yararlana bilər - Tayvana hücum planlaşdırılır?
Hazırda oxunan: Çin Rusiya-Ukrayna böhranından yararlana bilər - Tayvana hücum planlaşdırılır?
Hazırda oxunan: Çin Rusiya-Ukrayna böhranından yararlana bilər - Tayvana hücum planlaşdırılır?
61905
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.