Putindən UEFA-ya XƏBƏRDARLIQ: “ÇL finalının Rusiyadan alınması baha başa gələcək”

Hazırda oxunan: Putindən UEFA-ya XƏBƏRDARLIQ: “ÇL finalının Rusiyadan alınması baha başa gələcək”

61850

Avropa Parlamentinin deputatları UEFA-nı “Qazprom”la müqavilələri ləğv etməyə və Rusiyanı Çempionlar Liqasının finalından məhrum etməyə çağırıb.  

Bizim.Media xəbər verir ki, Parlamentin bir neçə üzvü UEFA prezidenti Aleksander Çeferinə məktub yazaraq, ittifaqdan Çempionlar Liqasının finalını Sankt-Peterburqdan köçürməyi və “Qazprom”la sponsorluğa son qoymağı tələb ediblər.   

“Vəziyyətin müşahidə edildiyi” dövrlər geridə qaldı. UEFA indi hərəkətə keçməlidir və bir daha bu rejimi legitimləşdirməməlidir”, – deyə məktubun mətnində deyilir.  

Bundan sonra Rusiya prezidenti Vladimir Putin açıqlama verərək Çempionlar Liqasının (ÇL) final oyununun Rusiyadan alınmasının UEFA-ya baha başa gələ biləcəyini söyləyib.  
O bildirib ki, mayda Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulan ÇL-in final matçını başqa ölkəyə verəcəyi təqdirdə "Qazprom” şirkəti UEFA-nın sponsorluğundan imtina edəcək. Bu da qurumun mövsümdə 40 milyon avroluq gəlirdən məhrum olması deməkdir.   

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin