SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov ABŞ prezidenti Barak Obama ilə bağlı məyus olduğunu söyləyib.
Musavat.com-un məlumatına görə, Qorbaçov Ağ Ev başçısını aşağılamaqdan da çəkinməyib.
“Obama axsaq ördəkdir. Adam öz işini belə zəif yekunlaşdırmaz ki. İttihamlarla hücuma keçib. Guya onlar bizim prezidentlə görüşüblər. Ancaq bu görüşün artıq heç bir faydası olmayacaq. Amma heyf. Mən onun haqda daha yaxşı fikirdə idim”x9d, ”“ deyə o, G 20-nin Avstraliyanın Brisben şəhərində keçirilən sammitini şərh edərkən bildirib.
Qeyd edək ki, sammitdəki çıxışında Barak Obama Rusiyanın Ukraynaya münasibətdə tutduğu mövqeyi bir daha bütün dünya üçün təhlükə adlandırıb. BMT Baş Məclisinin 69-cu sessiyasında çıxışı zamanı isə Amerika lideri Rusiyanı Ebola və İŞİD təhlükəsi ilə yanaşı qoymuşdu.
Xatırladaq ki, G 20 toplantısında özünə qarşı ümumi soyuq münasibəti hiss edən Putin tədbiri vaxtından əvvəl tərk eləməli olmuşdu.


































































































