“Kiyev sonuncu dəfə 1941-ci ildə oxşar hadisə ilə üzləşib” - Şəhərin atəşə tutulmasına nazirdən REAKSİYA

Hazırda oxunan: “Kiyev sonuncu dəfə 1941-ci ildə oxşar hadisə ilə üzləşib” - Şəhərin atəşə tutulmasına nazirdən REAKSİYA

61811

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya hərbçilərinin gecə Kiyevə raket zərbəsi endirməsinə reaksiya verib. O, Ukraynanın 1941-ci ildə də buna bənzər bir şey yaşadığını bəyan edib. Nazirin sözlərinə görə, dövlətin üzərindən asılı olan şər qüvvə məhv ediləcək.

Bizim.Media xəbər verir ki, bu barədə nazir Tvitter hesabında məlumat yayıb.

“Rusiya Kiyevə dəhşətli raket zərbələri endirdi. Paytaxtımız sonuncu dəfə analoji hadisəni 1941-ci ildə faşist Almaniyasının hücumuna məruz qalanda yaşamışdı. Ukrayna o şəri məğlub etdi, bunu da məğlub edəcək. Putini dayandırın. Rusiyanı təcrid edin. Bütün əlaqələri kəsin. Rusiyanı hər yerdən qovun”, deyə o yazıb.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin