Fransa Ukraynaya əlavə 300 milyon avro və hərbi texnika ayırdı – ÖNCƏ 1,2 milyard verilib

Hazırda oxunan: Fransa Ukraynaya əlavə 300 milyon avro və hərbi texnika ayırdı – ÖNCƏ 1,2 milyard verilib

61800

Fransa prezidenti Emmanuel Makron Ukraynaya 300 milyon avro yardım göndərməyi planlaşdırdığını açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı TASS agentliyi yayıb. 

"Ukrayna 1,2 milyard avro məbləğində misli görünməmiş makromaliyyə yardımı alıb. Fransa Ukrayna iqtisadiyyatı üçün əlavə olaraq 300 milyon avro ayıracaq və hərbi texnika tədarük edəcək”. Makron cümə günü Aİ-nin Ukrayna üzrə fövqəladə sammitinin yekunlarına dair Brüsseldə keçirilən mətbuat konfransında belə deyib.

Dövlət başçısı Ukraynaya yardımın göstərilməsi məsələsində də Aİ-nin həmrəy olduğunu bildirib.

Bundan əlavə, Makronun qeyd etdiyi kimi, Paris Avropa İttifaqının sanksiyalarından sonra Moskvaya qarşı öz sanksiyalarını tətbiq etmək niyyətindədir.

“Avropa İttifaqı fərdlərə və iqtisadiyyatın sektorlarına təsir edən güclü zərbə vurmaq qərarına gəlib. Aİ sanksiyalarına hökumət tədbirləri əlavə olunacaq”, – deyə o vurğulayıb.
Fransa lideri həmçinin bildirib ki, Rusiya öz hərəkətləri ilə beynəlxalq hüquq normalarını pozur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin