“Avropanın taleyi Ukraynada həll olunur” - Zelenski Rusiyaya qarşı sərt sanksiyalara çağırdı

Hazırda oxunan: “Avropanın taleyi Ukraynada həll olunur” - Zelenski Rusiyaya qarşı sərt sanksiyalara çağırdı

61798

Prezident Vladimir Zelenski Avropa İttifaqı liderlərini Ukraynaya hücuma görə Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməyə çağırıb.

Bizim.Media “Söz və əməl” analitik portalına istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Zelenski Avropa Şurasının fövqəladə iclası zamanı videobağlantı vasitəsilə Aİ liderlərinə müraciət edib.
 

 “Avropanın taleyi Ukraynada həll olunur: əgər Putin indi layiqli cavab almasa, yoluna davam edəcək. Təcavüzkara qarşı dərhal güclü iqtisadi və maliyyə sanksiyaları qəbul edilməlidir, təcavüzü davam etdirmək üçün vəsait tapmamalıdır: SWIFT ilə bu ölkənin əlaqəsini kəsmək, Rusiyanın neft və qaz ticarətinə embarqo qoymaq, Ukrayna ordusuna silah və sursatla kömək etmək, BMT-nin sülhməramlı əməliyyatını dəstəkləmək lazımdır”, deyə dövlət başçısı bildirib.
 

Zelenskinin sözlərinə görə, Ukrayna indi beynəlxalq hüquqi təhlükəsizlik zəmanətlərinə ehtiyac duyur. 
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin