Pantomima Teatrı bu gün Varşavada Xocalını göstərəcək

Hazırda oxunan: Pantomima Teatrı bu gün Varşavada Xocalını göstərəcək

61647

Azərbaycan Dövlət Pantomima Teatrı Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar olaraq Varşavaya yola düşür.

Bizim Media xəbər verir ki, bu barədə teatrın direktoru, Əməkdar artist Elman Rəfiyev məlumat verib.

Elman Rəfiyev ötən gün səfərə çıxan kollektivin Varşavada Xalq artisti Bəxtiyar Xanızadənin “Xocalı bu olub” tamaşası ilə çıxış edəcəyini bildirib.

Elman Rəfiyev tamaşada sözdən istifadə edilmədiyi üçün, xarici tamaşaçılar qarşısında Xocalı dərdini, faciəsini hisslər, hərəkətlər, duyğular vasitəsilə tamaşaçılara daha yaxşı çatdırdıqlarını vurğulayıb.

“Xocalı bu olub” tamaşasını ilk dəfə Berlində, daha sonra Parisdə, son olaraq Bolqarıstanın Sofiya şəhərində nümayiş etdirdiklərini deyən Elman Rəfiyev əsərin fevralın 24-də Varşava səhnəsində nümayiş olunacağını söyləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin