Ukrayna aerodromları, hərbi qərargahları və komanda mərkəzləri qanadlı və ballistik raketlərlə vurulur.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı cümə axşamı "The Guardian" qəzeti Ukrayna Silahlı Qüvvələrinin operativ komandanlığına istinadən yayıb.
“Ukrayna əməliyyat komandanlığı bildirir ki, “hazırda Kiyevdəki komanda mərkəzlərinə qanadlı və ballistik raketlərdən istifadə edilən hücumlar həyata keçirilir. Hədəflər arasında aerodromlar, hərbi qərargahlar da var”, - deyə The Guardian-ın Kiyevdəki müxbiri Lyuk Hardinq Twitter səhifəsində yazıb.
Bizim.Media