Keçmiş olimpiya çempionu, atlet Brüs Cenner cinsiyyətini dəyişib. Məlumata görə, bir müddətdir bu məqsədlə müayinədən keçən Brüsün əməliyyata tam hazır olduğu bildirilir.
Bu barədə Amerika mətbuatı məlumat yayıb. Məlumata görə, 1976-cı ildə baş tutan Münhen Olimpiadasının çempionu yaxın zamanlarda qadın olacaq.
Əməliyyatdan sonra onun adının Bricit olacağı bildirilir.
Qeyd edək ki, Brüs ”“ Kim Kardaşyanın ögey atasıdır. 65 yaşlı Brüs sentyabr ayında Kris Kardaşyan-Cenner ilə boşandıqdan sonra boyalı dırnaqları və qadın kimi davranması ilə diqqət çəkib.(publika.az)








































































































