Rusiya Dövlət Duması “LXR” və “DXR” ilə müqavilələri ratifikasiya etdi - VİDEO

Hazırda oxunan: Rusiya Dövlət Duması “LXR” və “DXR” ilə müqavilələri ratifikasiya etdi - VİDEO

61307

Dövlət Duması Rusiya ilə “LXR” və “DXR” arasında dostluq və əməkdaşlıq haqqında müqavilələri ratifikasiya edib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.

Dövlət Dumasının deputatları plenar iclasda “Donetsk və Luqansk Xalq Respublikaları” ilə dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında sazişləri ratifikasiya ediblər.

Bir gün əvvəl prezident Vladimir Putin “DXR” və LXR-nin müstəqilliyinin tanınması haqqında fərmanlar imzalayıb, həmçinin tapşırıb  verib ki, “respublikalarda” sülhün qorunması təmin edilsin.

Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb ki, bu qərar BMT Nizamnaməsinin müddəaları əsasında qəbul edilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin