ABŞ prezidenti Co Bayden bildirib ki, Rusiyanın “DXR” və “LXR”i tanıması ABŞ-ın milli təhlükəsizliyinə təhdiddir.
Bizim.Media “unian.net” saytına istiandən xəbər verir ki, bu barədə Ağ Evin saytında bildirilir.
“Rusiya Federasiyası tərəfindən qondarma “DXR” və “LXR”in tanınması ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə qeyri-adi və fövqəladə təhdiddir”, - bəyanatda deyilir.
Bayden artıq Rusiya prezidenti Vladimir Putin tərəfindən “DXR” və “LXR”in müstəqilliyinin tanınmasına cavab olaraq fərman imzalayıb.
Sanksiyalar ABŞ vətəndaşlarına "DXR" və "LXR"ə sərmayə qoymağı, bu bölgələrdən Ştatlara hər hansı mal, xidmət və texnologiya idxal etməyi, həmçinin ABŞ-dan Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarına birbaşa və ya dolayısı ilə mal göndərməyi qadağan edir.
"Bu fərmanın məqsədi Rusiyanı beynəlxalq hüququ kobud şəkildə pozmasından faydalanmaq imkanından məhrum etməkdir. Bu hərəkətlər Ukrayna xalqına və ya Ukrayna hökumətinə qarşı yönəlməyib", - mesajda deyilir.
Xatırladaq ki, bu gecə Rusiya prezidenti Vladimir Putin “DXR” və “LXR” terror qruplaşmalarını tanımaq qərarına gəlib və psevdorespublikaların rəhbərləri ilə “sazişlər” imzalayıb.
Ukrayna prezidenti Vladimir Zelenski artıq ABŞ prezidenti Co Baydenlə bu qərarı müzakirə edib və Böyük Britaniyanın baş naziri Boris Consonla danışmaq fikrindədir. Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasından sonra Zelenski ukraynalılara müraciət edib.
Avropa “DXR” və “LXR”in müstəqilliyinin tanınmasını beynəlxalq hüququn və Ukraynanın ərazi bütövlüyünün pozulması adlandırıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:13 / 22.02.2022
Baydendən Kremlə sərt REAKSİYA – Yeni fərman imzaladı
Hazırda oxunan: Baydendən Kremlə sərt REAKSİYA – Yeni fərman imzaladı
Hazırda oxunan: Baydendən Kremlə sərt REAKSİYA – Yeni fərman imzaladı
0:00
0:00
61246
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.