İsrail Ukrayna və Rusiya arasında yaranan gərginliklə bağlı səfirliyini Kiyevdən Lvova köçürmək qərarına gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin Xarici İşlər Nazirliyinin tviter səhifəsində məlumat verilib.
Bildirilib ki, İsrailin xarici işlər naziri Yair Lapid Kiyevdəki səfirliyin əməkdaşlarına Lvovdakı konsulluq idarəsinə köçmək barədə göstəriş verib.
“Xarici işlər naziri Yair Lapid İsrail Xarici İşlər Nazirliyində, eləcə də müxtəlif beynəlxalq strukturlarla müzakirələrdən sonra İsrailin Kiyevdəki səfirliyinin əməkdaşlarına Ukraynanın Qərbində yerləşən Lvov şəhərində açılmış konsulluq idarələrinə köçmək barədə göstəriş vermək qərarına gəlib”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, artıq bir sıra Qərb ölkələri səfirliyini Lvova köçürüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
08:22 / 22.02.2022
İsrail səfirliyini Kiyevdən Lvova köçürəcək
Hazırda oxunan: İsrail səfirliyini Kiyevdən Lvova köçürəcək
Hazırda oxunan: İsrail səfirliyini Kiyevdən Lvova köçürəcək
61226
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.