Rusiya Prezidenti Vladimir Putin bu gün Təhlükəsizlik Şurasının iclasını keçirib.
Bizim.Media xəbər verir ki, iclasda V.Putin Xarici Kəşfiyyat Xidməti rəhbəri Sergey Narışkini sualları ilə sıxıb.
MÖVZU İLƏ BAĞLI:
Putin təcili iclas keçirir - HANSI QƏRAR VERİLƏCƏK? - VİDEO
Prezidentin Narışkinə qarşı qəzəbli olduğu açıq-aydın görünüb. S.Narışkin bunun Ukraynadakı qondarma respublikaların suverenliyinin tanınmasının tərəfdarı olduğunu bildirib.
Putinlə Narışkinin dialoqu belə olub:
Narışkin: Qərb tərəfdaşlarına son şans verilə bilər ki, onlara Kiyevi sülhə və Minsk razılaşmalarına əməl etməyə məcbur etsinlər. Əks halda biz bu gün müzakirə olunan qərarı verməliyik.
Putin: “Əks halda” nə deməkdir? Siz danışıqlar prosesinə başlamağı və ya onların suverenliyinin tanınmasını təklif edirsiniz?
Narışkin: Mən...
Putin: Aydın danışın.
Narışkin: Mən tanınma təklifini dəstəkləyəcəyəm...
Putin: Dəstəkləyəcəksiniz, yoxsa dəstəkləyirsiniz? Aydın danışın!
Narışkin: Donetsk və Luqansk Xalq Respublikalarının Rusiya Federasiyasına birləşdirilməsi təklifini dəstəkləyirəm...
Putin: Biz bundan danışmırıq, bunu müzakirə etmirik, onların müstəqilliyini tanıyıb-tanımamaqdan danışırıq.
Narışkin: Müstəqilliyin tanınması təklifini dəstəkləyirəm.
Bizim.Media