İŞİD PKK-nın liderini öldürdü - Kobanidə peşmərgələrə zərbə

Hazırda oxunan: İŞİD PKK-nın liderini öldürdü - Kobanidə peşmərgələrə zərbə

61092
PKK terror təşkilatının üç liderindən biri olan Bahoz Erdal Suriyanın Kobani şəhərində öldürülüb.
 
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə İŞİD-ə yaxın saytlar məlumat yayıb.
 
Bildirilir ki, Bahoz Erdal Suriya kürdlərinin Demokratik Birlik Partiyasının (PYD) hərbi qanadı olan YPG-nin yaraqlılarına mənəvi dəstək vermək və müqaviməti gücləndirmək üçün Şimali İraqdan Kobaniyə gəlib. O, şəhərin “Azadi” meydanında olarkən qəfildən İŞİD yaraqlılarının hücumuna məruz qalıb. Basqın nəticəsində üzü parçalanan Bahoz Erdal həlak olub. PKK-ya yaxın saytlara bu barədə yazmamaq göstərişi verildiyi vurğulanır.
 
Qeyd edək ki, əsl adı Fehman Hüseyn olan Bahoz Erdal 1969-cu ildə Suriyada doğulub. Dəməşqdə tibb təhsili alıb. Abdullah Öcalanın həbsindən sonra Murad Karayılan və Cəmil Bayıkla birlikdə PKK-ya rəhbərliyi ələ keçirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin