Fransalı senator: "Xocalıya Ədalət tələb edirəm" - VİDEO

Hazırda oxunan: Fransalı senator: "Xocalıya Ədalət tələb edirəm" - VİDEO

61051

Fransa Senatında Normandiyanı təmsil edən senator Natali Qule Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı video müraciət yayıb. 

Bizim.Media  xəbər verir ki, müraciətində senator belə deyib:

“... Bu günkü ismarıcımı Azərbaycan xalqına və 1992-ci ilin 26 fevralında baş vermiş Xocalı Qətliamının qurbanlarının ailələrinə ünvanlamaq istəyirəm.

Məqsədim Xocalıya Ədalət tələb etməkdir. Azərbaycan ərazilərinin işğaldan azad olunması nəticəsində yaranmış bu günkü siyasi reallıq şəraitində  keçən il olduğu kimi, bu il də Xocalı qurbanlarını bir daha yad etmək olduqca vacibdir.

Mən öz doğma torpaqlarına qayıdan ailələrə ən xoş arzularımı bildirərək onlara əmin-amanlığa və xüsusilə ədalətə qovuşmağı arzulayıram.

Hesab edirəm ki, ədaləti bərpa etmək üçün müvafiq bir prosesə ehtiyac var ki, bu da Beynəlxalq Cinayət Tribunalı ola bilər.

Bütün hallarda, mənim üçün yalnız bir həqiqət var: Qarabağ Azərbaycandır. Bilirəm ki, siz Fransanın bu məsələlərdə Ermənistanın tərəfində durması haqqında çox eşidirsiniz, amma buna baxmayaraq mənim mövqeyim birmənalıdır. Mən Azərbaycanın dostuyam, həmişə dostu olaraq qalacam və Xocalıya Ədalət tələb edirəm!”.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin