Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Fransa Rusiya tərəfi ilə danışıqlardan sonra məlumatları təhrif etmək də daxil olmaqla, dəfələrlə məlumat sızdırıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Rusiya mətbuatı yayıb.
“Bunun Fransa prezidenti ilə qətiyyən heç bir əlaqəsi yoxdur, lakin Fransa Xarici İşlər Nazirliyindəki həmkarlarımız qəsdən bir neçə dəfə bu cür sızmalara icazə veriblər”.
RİA Novosti Peskovdan sitat gətirib.
Bundan əvvəl Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirmişdi ki, Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla danışıqlar zamanı Dövlət Duması deputatlarının “LXR” və “DXR”in müstəqilliyini tanımaq təşəbbüsünün nəzərə alınmayacağını deyib.
Bu məlumatı şərh edən Peskov bir müddət əvvəl bildirib ki, Le Drian iki lider arasında telefon danışığının nüanslarını təhrif edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
19:12 / 20.02.2022
Moskva Parisi ittiham etdi – Putinlə danışıqlardan sonra informasiyanı sızdırıb
Hazırda oxunan: Moskva Parisi ittiham etdi – Putinlə danışıqlardan sonra informasiyanı sızdırıb
Hazırda oxunan: Moskva Parisi ittiham etdi – Putinlə danışıqlardan sonra informasiyanı sızdırıb
61032
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.