Dünən “Ukrayna 24” telekanalının efirində Ali Radanın deputatı Nestor Şufriçlə jurnalist Yuri Butusov arasında dava olub.
Bizim.Media “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Müxalifət Platforması - Həyat naminə” partiyasından olan Radanın üzvü İlya Kiva öz Telegram kanalında yazıb.
"Bu, rusdilli ukraynalılara qarşı zorakılığın reklamı, təbliği və qanuniləşdirilməsi üçün əvvəlcədən hərəkətə keçmək üçün yaxşı planlaşdırılmış və hazırlanmış siqnaldır", - deputat hesab edir.
Onun fikrincə, “Savik Şusterin söz azadlığı” tok-şousu reytinq platformasına çevrilib. Burada Poroşenko, Yatsenyuk, Butusov və başqalarının səkkiz ildir ki, müharibədən pul qazandığı qabardılır.
Deputat əmindir ki, siyasətçilərin iştirakı ilə belə səhnələrin nümayişi ukraynalıları aqressiyaya sövq edə bilər.
"Belə çıxır ki, onları (rusdilliləri) döymək, boğmaq olar. Bunun üçün heç kimə heç nə olmayacaq. Qırğın və soyqırım hazırlanır", - Kiva yekunlaşdırıb.
Veriliş zamanı opponentlər arasında sözlü atışma yaranıb və davaya çevrilib.
Onları studiyada qonaqlar - keçmiş prezident Petro Poroşenko, keçmiş baş nazir Arseni Yatsenyuk, Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Aleksiy Danilyuk və Milli Korpus partiyasının lideri Andrey Biletski ayırıblar.
Bizim.Media