Serb xalqı heç vaxt ölkəmizin NATO-ya üzv olmasına imkan verməyəcək – Prezidentin etirafı

Hazırda oxunan: Serb xalqı heç vaxt ölkəmizin NATO-ya üzv olmasına imkan verməyəcək – Prezidentin etirafı

60983

Serbiya xalqı NATO-ya üzv olmaq istəmir.

Bizim.Media “RİA Novosti”  istinadən xəbər verir ki, bu açıqlama ilə ölkə prezidenti Aleksandar Vuçiç çıxış edib.

O, tezliklə vətəndaşlara “dünyanın ən güclü silahlarından birini” təqdim edəcəyinə söz verib.

Vuçiç Merosina qəsəbəsində hakim Serb Tərəqqi Partiyasının lideri kimi təşviqat mitinqində çıxış edib. 

NATO ilə bağlı səsvermə aprelin 3-nə, prezident seçkiləri keçiriləcək günə təyin edilib.

“Mən bəyan edirəm ki, aprelin 3-də Serbiya xalqı NATO-ya daxil olmaq üçün səs verməyəcək. Serbiya xalqı öz hərbi neytrallığını, öz ordusunu sevir, başqasınınkını yox. O istəyir ki, səmamızı özümüz qoruyaq, güclü orduya malik olaq ki, heç kim ölkəmizin suverenliyinə bir saniyə belə təhlükə törədə bilməsin”, - deyə Serbiya lideri tamaşaçılara bildirib.

“Bir neçə gündən sonra Serbiyanın nə qədər güclü olduğunu görəcəksiniz, biz sizi hazırda dünyanın ən güclü silahlarından biri olan bəzi sistemlərlə sevindirəcəyik və Serbiya artıq heç kim üçün asan yem olmayacaq. Serbiya və onun xalqı azad və azadlıqsevərdir və heç kimə bu azadlığı təhdid etməyə imkan verməyəcək”, - Vuçiç vurğulayıb.

“Qlobal qüvvələr - ABŞ və Rusiya Federasiyası, Çin və Avropa arasında münasibətlərdə baş verənlərə baxmaq kifayətdir. Biz isə balaca ölkə kimi 7-8 ildir deyirik ki, hamı ilə yaxşı münasibətdə ola bilmərik, ancaq bizi buna məcbur edəcəklər, iki stulda otura bilmərik. Ancaq bu insanlar heç bir şəkildə başa düşməyəcəklər ki, bizim öz kreslomuz var. Bu kreslonu heç kimə verməyəcəyik”, deyə Vuçiç yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin