Maliyyə analitikləri Rusiya banklarının Rusiya Federasiyasına rekord xarici valyuta idxalından danışıblar.
Bizim.Media Rusiyanın “İzvestiya” nəşrinə istinadən xəbər verir ki, onların hesablamalarına görə, 4,97 milyard dollar dəyərində xarici valyuta nağd şəkildə gətirilib.
Ekspertlərin fikrincə, Rusiya kredit təşkilatları nağdsız ödənişlərdə çətinliklər yarada biləcək Qərbin sanksiyalarından qorxurlar.
İdxalın orta nisbəti aylıq təxminən iki milyard, həcmi isə 2,5 dəfə artıb. 4,97 milyard dollarlıq əskinasların çəkisi 50 tondur.
Qeyd olunur ki, pandemiya fonunda və 2014-cü il böhranı zamanı yalnız 2020-ci ilin mart ayının sonunda daha çox nağd pul idxal edilib.
Ekspertlər xatırladıblar ki, Ukraynanın şərqində vəziyyətin kəskinləşməsi fonunda Qərb Rusiyanı SWIFT beynəlxalq ödəniş sistemindən ayırmaqla, Beynəlxalq Valyuta Fonduna (BVF) çıxışı bağlamaq və ən iri kredit təşkilatlarının maliyyə bazarlarına çıxışını məhdudlaşdırmaqla hədələyir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:22 / 20.02.2022
Rusiyaya 50 ton dollar gətirildi – Sanksiyalardan qorxuya düşüb?
Hazırda oxunan: Rusiyaya 50 ton dollar gətirildi – Sanksiyalardan qorxuya düşüb?
Hazırda oxunan: Rusiyaya 50 ton dollar gətirildi – Sanksiyalardan qorxuya düşüb?
60980
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.