Böyük Britaniyanın sabiq baş naziri Uinston Çörçill ABŞ-a SSRİ-ə nüvə zərbəsi endirməyi təklif edibmiş. Musavat.com-un məlumatına görə, bu barədə “The Daily Mail”ə üzə çıxardığı FTB-nin gizli sənədlərindən bəlli olub.
Materialda deyilir ki, britaniyalı siyasətçi belə önləyici zərbəni İosif Stalini yola gətirməyin mümkün üsullarından biri hesab edib. Nəşrin informasiyasına görə, Çörçill 1947-ci ildə Respublika Partiyasından olan senator Staylz Bricesuiya müraciət edərək xahişdə bulunub ki, sonuncu ABŞ prezidenti Qarri Trumeni Kremlə atom zərbəsi endirməyə inandırsın.
İngilis baş nazir bundan sonra Sovet İttifaqının Qərb üçün təhlükə yaratmayacağını güman edirmiş.
Qeyd edək ki, həmin il SSRİ hələ ilk nüvə silahını sınaqdan keçirməmişdi və o üzdən ABŞ-ın nüvə zərbəsinə qarşılıq vermək imkanında deyildi (Sovetlər ilk belə sınağı 1949-cu ildə həyata keçirib).
Musavat.com































































































