Məşhur teleaparıcı sevgilisini öldürmək istədi - FOTO/VIDEO

Hazırda oxunan: Məşhur teleaparıcı sevgilisini öldürmək istədi - FOTO/VIDEO

60955
Fransanın məşhur modeli və televiziya ulduzu Nabilla Benattia sevgilisini bıçaqlayıb.

ANS PRESS-in xarici mətbuata istinadən verdiyi məlumata görə, Fransanın Kim Kardaşyanı hesab edilən 22 yaşlı qlamur model sevgilisi Tomas Verqananı öldürmək istəyib.

İsveç əsilli Nabilla Benattia TV realiti-şouların ulduzu olan sevgilisi Tomas Verqanı sinə və boyun nahiyələrindən bir neçə dəfə bıçaqlamaqda günahkar bilinərək Fransa polis idarəsinə gətirilib. 

T. Verqanının vəziyyəti “Georges Pompidou” xəstəxanasında çox ağır olduğu müddətdə Benattia da ağır şokdan müalicə olunurdu.

Mətbuat katibi bildirib ki, model ilk olaraq “cinayətdə əlinin olması” maddəsilə saxlanılıb, lakin sonradan polis Verqanın yaralarını gördükdən sonra iddialar dəyişdirilib.

Polis idarəsinin mətbuat katibi 22 yaşlı Banattianın saxlanıldığını və “adam öldürməyə cəhd” maddəsilə ittiham edildiyini təsdiqləyib. Məşhurun hazırda sorğu-sual olunduğu bildirilir. 








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin