Barak Obama ABŞ-ın Ədalət Nazirliyinə prokuror vəzifəsinə zənci qadın Loretta Lynchə təyin olunmasın qərarını verib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, təyinat Senat tərəfindən təsdqilənsə, Lynch ABŞ-ın ilk qadın ədalət naziri olacaq. Obama bunun ideal idarəçilik üçün uğurlu seçim olduğunu vurğulayıb.
Qeyd edək ki, Loretta əvvələr müxtəlif vəzifələdə çalışmaq üçün Senat tərəfindən 2 dəfə təsdiq edilib. Hazırda Vashinqtonda ideal namizədlərdən hesab olunur.
Bu vəzifəyə 2 digər namizəd isə ümumi prokuror Donald Verril və Əmək naziri Tomas Perezdir.
Qeyd edək ki, hazırkı Ədalət naziri Erik Holder ötən günlərdə istefa verib. Onun istefası ABŞ prezidenti Obama tərəfindən təsdiqlənib.
































































































