Biz Azərbaycana Kabil Hava Limanının mühafizəsini təmin edən ölkələrin sırasında xidmətinə və ümumilikdə NATO-nun əməliyyatlarını dəstəkləməsinə görə təşəkkür edirik.
Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət katibinin köməkçisinin müavini Erika Olson ABŞ və Azərbaycan arasında diplomatik münasibətlərin 30-cu ildönümü münasibətilə Vaşinqtondan yaydığı videomüraciətdə deyib.
MÖVZU İLƏ BAĞLI:
"Şahdəniz"də qaz və kondensat hasilatı artacaq
“Azərbaycanla birgə narkotiklərin daşınmasının qarşısını almaq və Xəzər hövzəsinin enerji ehtiyatlarını mühafizə etmək üçün işləyəcəyik.
Mən həmçinin bizim ölkələrimizin birgə həyata keçirdiyi və qadınların iqtisadi gücləndirilməsi, məcburi köçkünlərin ehtiyaclarının ödənilməsi, sağlamlıq sahəsində inkişaf və minaların zərərsizləşdirilməsinə xidmət edən layihələrdən qürur duyuram”, - Erika Olson qeyd edib. (apa)
Bizim.Media