Londonda İŞİD təhlükəsi ”“ Kraliçaya sui-qəsd planı aşkarlandı

Hazırda oxunan: Londonda İŞİD təhlükəsi ”“ Kraliçaya sui-qəsd planı aşkarlandı

60825
Britaniya polisi kraliça 2-ci Yelizavetaya qarşı sui-qəsd törətmək istəyən 4  nəfəri həbs edib.
 
Publika.az  “The Sun” qəzetinə istinadən xəbər verir ki, terorşular 2-ci Yelizavetanı cümə günü, “Kral legion”nun hərbi münaqişələr zamanı  həlak olmuş qulluqçularının xatirəsinə həsr olunan  festival zamanı öldürməyi planlaşdırıblarmış.
 
Cinayətkarlar  “Albertt-Holl”da kraliçaya bıçaqla hücum edəcəkmişlər. Ehtimal olunur ki, odlu silahları da olub.
 
Lakin polis 19-27 yaş aralığında olan terrorçuları vaxtında zərərsizləşdirib.
 
Həbs olunanların arasında yaşca ən kiçiyi olan Yusif Səid anasının “Hay Uikome” keçəsindəki evində həbs edilib. 19 yaşlı gənc bu yaxınlarda Pakistana səyahətdən qayıdıb.
 
Hələlik başqa məlumat verilmir. Ancaq o məlumdur ki, əməliyyatda polislə birgə antiterror mərkəzinin döyüşçüləri və  xüsusi xidmət orqanı “M1”-ın əməkdaşları da iştirak edib.
 
Hazırda həbs olunanların İraq İslam Şam Dövləti terror təşkilatı ilə əlaqəsi olub olmamaları araşdırılır.
 
Bir müddət əvvəl İŞİD Avropa və Amerikada terror törədəcəyini bəyan etmişdi.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin