43 tələbəni öldürdüklərini etiraf etdilər

Hazırda oxunan: 43 tələbəni öldürdüklərini etiraf etdilər

60805
Meksikada dəhşətli cinayətin üstü açıldı. İquala şəhərində 43 tələbənin itkin düşməsində şübhəli bilinən şəxslər tələbələrin öldürüldüyünü etiraf ediblər. Bu barədə Meksikanın baş prokuroru Xesus Murilyo Karam açıqlama verib. Prokurorun açıqlamasına görə, qatillər tələbələri öldürdükdən sonra meyitləri kütləvi şəkildə bir yerə qalayaraq yandırıb, küllərini isə, çaya atıblar. Prokuror çay sahilində aparılan istintaq əməliyyatının videokadrlarını nümayiş etdirib. Qətlin İquala şəhərinin meri tərəfindən sifariş olunması iddiaları isə, Meksika əhalisini şoka salıb. İstintaq çərçivəsində mer də həbs olunub.

“Öldürülən şəxslərin həmin tələbələr olduğunu müəyyən etmək üçün biz daha çox dəlillər toplamağa çalışacağıq. Müstəntiqlər cinayətdən tam əmin olanadək istintaq davam etdiriləcək” - deyə prokuror bildirib.

Cinayət faktı ilə əlaqədar 74 nəfər saxlanılıb.

Tələbələr sentyabr ayının sonlarında hökumətə qarşı keçirilən etiraz aksiyası zamanı itkin düşmüşdülər.(ans)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin