“Rusiyanın keçirdiyi hərbi təlimlər tamamilə şəffafdır” – Peskov  

Hazırda oxunan: “Rusiyanın keçirdiyi hərbi təlimlər tamamilə şəffafdır” – Peskov  

60770

Rusiya Federasiyasının ərazisində keçirilən bütün təlimlər tamamilə şəffafdır.  

Bizim.Media “Ria Novosti”yə istinadla xəbər verir ki, bunu cümə Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov rus qoşunlarının təlimləri ilə əlaqədar gərginliyin artması ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib. 

“Fakt budur ki, hazırda bir sıra təlimlər keçirilir və yenə də bunlar tamamilə şəffaf, başqa ölkələrin mütəxəssisləri üçün tamamilə başa düşülən hərəkətlərdir, ona görə də onlar heç kimi narahat etməməlidir”, - deyə Peskov bildirib.  

Təhlükəsizlik təminatları ilə bağlı təkliflərə gəlincə, Rusiya prezidentinin mətbuat katibinin sözlərinə görə, onlar hansısa formada izlənilməlidir. Peskov bildirib ki, ABŞ ilə müxtəlif səviyyələrdə təmaslar olacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin